AZ

Çində yığılmış yarım milyon Toyota geri çağırılacaq: Ciddi qüsur aşkarlandı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.

Oxu.Az xəbər verir ki, araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb.

Məlumata görə, oturacaqların tənzimləmə mexanizminin konstruksiyasındakı çatışmazlıq səbəbindən arxa oturacağın söykənəcəyi hissə düzgün sabitlənmir.

Bildirilib ki, mexanizmdəki geri qaytarıcı yayın həddindən artıq güclü olması oturacağın sabitliyini zəiflədir və bu da toqquşma zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.

Geri çağırılma kampaniyası Çin bazarında gələn ay başlayacaq. Kampaniya çərçivəsində 318 min "Toyota Highlander" və 242.2 min "Toyota Crown Kluger" modeli geri çağırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
5
oxu.az

7Mənbələr