EN

Trampın potensial varisi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens, nüfuzlu mühafizəkar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-formal sorğuya əsasən, 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün amerikalı mühafizəkarlar arasında ən populyar namizəd olub.

Publik.az xəbər verir ki, bubarədə "RİA Novosti" məlumat yayıb.

"Respublikaçıların praymerizində kimə üstünlük verirsiniz? Cey Di Vens - 53%, [ABŞ dövlət katibi] Marko Rubio - 35%", — deyə sorğunun nəticələrində qeyd olunub.

Bildirilir ki, respublikaçılar 2028-ci ilin noyabr seçkilərinə qədər öz partiyalarından yeni prezident namizədi seçməli olacaqlar, çünki hazırkı prezident Donald Tramp ABŞ konstitusiyasına uyğun olaraq yalnız iki müddətə seçilə bilər.

Chosen
14
12
publika.az

10Sources