EN

Neft terminalı 5 gündür yanır

Rusiyanın Leninqrad vilayətində yerləşən Primorsk limanında vəziyyət gərgin olaraq qalır.

Musavat.com xəbər verir ki, yeni pilotsuz uçuş aparatı hücumundan sonra limandakı yanğın daha da güclənib.

Məlumata görə, peyk görüntüləri hadisənin miqyasını bir daha ortaya qoyur. Bildirilir ki, neft terminalında baş verən yanğın artıq beşinci gündür davam edir.

Hadisə ilə bağlı dərc olunan görüntülər “Sxemı” layihəsi (Radio Svoboda) tərəfindən yayımlanıb və yanğının geniş əraziyə yayıldığını göstərir.

 

Musavat.com

photo_2026-03-28_01-04-32.jpg

Chosen
18
2
musavat.com

10Sources