AZ

Küveyt sahillərində neft tankerində partlayış baş verib

Fars körfəzində baş verən insidentdən sonra tankerdə neft sızması qeydə alınıb...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Bildirilib ki, Fars körfəzində fəaliyyət göstərən neft tankerinin komandiri gəmidə partlayış baş verdiyini xəbər verib.

Məlumata görə, insident baş verən zaman tanker Küveytin Mübarək Əl-Kəbir limanından təxminən 30 dəniz mili (təxminən 55 kilometr) cənub-şərq istiqamətində lövbər salmış vəziyyətdə olub. Partlayışın baş verdiyi ərazidə tankerə yaxın məsafədə kiçik ölçülü başqa bir gəminin də olduğu bildirilib. Hadisədən dərhal sonra həmin gəmi insident baş verən ərazini tərk edib.

UKMTO-nun məlumatına əsasən, partlayışdan sonra tankerdə neft sızması başlayıb və gəminin korpusuna su dolmağa başlayıb. Bununla belə, insident zamanı ekipaj üzvlərinin təhlükəsiz olduğu və xəsarət alanların olmadığı qeyd olunub.

Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb. Regionda dəniz təhlükəsizliyi ilə bağlı qurumlar insidentin təfərrüatlarını araşdırır. Ekspertlər qeyd edirlər ki, Fars körfəzi dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir və belə hadisələr qlobal neft nəqliyyatına təsir göstərə bilər.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr