17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyunu keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə münasibətlərə aydınlıq gətirəcək.
"Cebheinfo.az"