ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.
"Nikola Şterev - Starika İdman Kompleksi"ndə keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə qarşılaşacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.