EN

Türk tankerinə edilən hücumu narahatlıqla qarşılayırıq Türkiyə XİN

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Adalet.az xəbər verir ki, nazirlik açıqlamasında xam neft daşıyan, “ALTURA” adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən işlədilən tankerin bu gün Qara dənizdə məruz qaldığı hücumu böyük narahatlıqla qarşıladığını bildirib.

“Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, bu çərçivədə, Türkiyə ölkənin bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq qanunlar əsasında zəruri tədbirlər görmək hüququnu da qorumaqdadır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
5
adalet.az

10Sources