AZ

Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı - Açıqlama

“Qara dənizdə Syerra-Leone bayrağı altında üzən və bir Türk şirkəti tərəfindən idarə olunan “ALTURA” neft tankerinə qarşı edilən hücumu böyük narahatlıqla qarşılayırıq”.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücumla bağlı müvafiq qurumlar lazımi araşdırmalar və texniki müdaxilələr aparır:

“Gəmidəki 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Qara dənizdəki Müstəsna İqtisadi Zonamızda baş verən və beynəlxalq hüquqa zidd olan bu və oxşar hücumlar bölgədə həyat, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Müharibənin Qara dənizdə daha da yayılmasının və şiddətlənməsinin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqələrimizi davam etdiririk.

Bu baxımdan, ölkəmizin iqtisadi maraqlarını və regiondakı fəaliyyətlərini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququmuzu da özümüzdə saxlayırıq”.

"Cebheinfo.az" 

Seçilən
30
9
cebheinfo.az

10Mənbələr