Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında qüvvədə olacaq yeni qaydalar tətbiq edir.
Publika.az təşkilata istinadla beş yeni dəyişikliyi təqdim edir:
- Matç zamanı əvəzlənən oyunçu meydanı on saniyə ərzində tərk etməlidir. Əgər bu limit aşılarsa, onu əvəzləyən futbolçu oyuna daxil olmaq üçün daha bir dəfə gözləməli olacaq.
- Aut atışları və qapıdan zərbələr üçün komandalara maksimum beş saniyə vaxt verilir.
- Tibbi yardım göstərilərkən, epizod vərəqə ilə cəzalandırılan qayda pozuntusu ilə bağlı deyilsə, oyunçu meydanı bir dəqiqəlik tərk etməli olacaq.
- Videoköməkçi hakim sistemi (VAR) mübahisəli künc zərbələri və ikinci sarı vərəqələr zamanı oyuna müdaxilə edə biləcək.
- Artıq hakimdən izahat almaq üçün yalnız kapitan sarğısı olan futbolçu müraciət edə bilər.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Əvvəllər Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və ABŞ-ın orada iştirakı fonunda İran yığmasının DÇ-də iştirakdan imtina edə biləcəyi bildirilirdi. Sonradan məlum olub ki, İranda komandanın oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ehtimalı FİFA ilə müzakirə edilir.