AZ

FİFA yeni qaydaları təsdiqlədi

FİFA qərarları verib. Ali futbol təşkilatı DÇ-2026-nın final mərhələsində ilk dəfə tətbiq ediləcək futbol qaydalarına bir sıra dəyişiklikləri təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, qurumun saytının yaydığı məlumata görə, bu islahatların əsas məqsədi oyunun tempini sürətləndirmək və vaxtı qəsdən gecikdirmək taktikasını tamamilə aradan qaldırmaqdı. Komandaları daha dinamik oynamağa məcbur etmək üçün matç zamanı sərt vaxt məhdudiyyətləri və yeni cəzalar tətbiq ediləcək.

FİFA-nın Beynəlxalq Futbol Assosiasiyaları Şurasının qərarlarını təsdqlədiyi 4 əsas dəyişiklik aşağıdakılardı:

1. Sərt əvəzetmə limiti (10 saniyəlik qayda). Əvəzlənən oyunçu meydanı maksimum 10 saniyəyə tərk etməlidi. Futbolçu bu limiti aşarsa, onu əvəz edən oyunçu meydanın xaricində 1 dəqiqə gözləməli olacaq. Bu o deməkdi ki, qaydanı pozan komanda 1 dəqiqə az sayda oyunçu ilə oynayacaq.

2. Topun oyuna daxil edilməsi və qapıya vurulması üçün 5 saniyəlik qayda. Oyunçulara topu oyuna daxil etmək və ya qapıdan zərbə üçün 5 saniyəlik vaxt veriləcək. Top vaxtında oyuna qaytarılmasa, topa sahiblik avtomatik olaraq rəqib komandaya veriləcək.
 
3. Tibbi vaxt. Meydanda birbaşa tibbi yardım alan oyunçu meydanı tərk etməlidi. Həmin oyunçuya oyun davam edərkən yalnız 1 dəqiqəlik gözləmə müddətindən sonra meydana qayıtmağa icazə veriləcək.

4. VAR-ın səlahiyyətlərinin genişləndirilməsi. Video köməkçi hakim sistemi matçın gedişinə daha çox təsir göstərəcək. VAR hakimləri artıq ikinci sarı vərəqə (qovulma ilə nəticələnən) ilə bağlı epizodları, həmçinin meydandakı hakim açıq-aşkar səhv edibsə, künc zərbəsi qərarlarını nəzərdən keçirmək hüququna malik olacaqlar.

Seçilən
22
4
football-plus.az

10Mənbələr