Naxçıvanda Novruz bayramı münasibətilə təşkil olunan "Bahar" festivalı yekunlaşıb.
Hafta.az xəbər verir ki, 20–24 mart aralığında "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçirilən "Bahar" festivalı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festival çərçivəsində Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış ediblər.
Tədbir müddətində müxtəlif dövlət qurumları tərəfindən sərgi və stendlər qurulub, xalq sənətkarlarının əl işləri, milli geyimlər və tətbiqi sənət nümunələri nümayiş etdirilib. Festival ərazisində sərgi-satış stendləri və iaşə köşkləri fəaliyyət göstərərək qonaqlara milli mətbəx nümunələri təqdim olunub.
Eyni zamanda, festival çərçivəsində idman çıxışları, pəhləvan şouları, "Şən startlar" yarışları, ustad dərsləri, rəsm müsabiqəsi, gənclər arasında intellektual oyunlar və əyləncəli proqramlar təşkil edilib.

