EN

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Zərdab rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə şahidi Əsgər Qurbanov bildirib ki, qəza yerinə çatdıqda artıq bir neçə nəfər avtomobildə sıxılmış vəziyyətdə qalan insanlara kömək göstərirdi:

“Biz hadisə yerinə gələndə gördük ki, 3-4 nəfər şüşəni sındıraraq yaralıları çıxarmağa çalışır. Dörd nəfəri sağ çıxarmaq mümkün oldu, iki nəfər isə həyatını itirmişdi”.

Onun sözlərinə görə, qəzaya düşən şəxslər Laçın rayonu sakinləridir və Bakı şəhərindən Ağcabədi rayonuna yas mərasiminə gedirmişlər. Bildirilir ki, onlar Laçın rayonunun Fingə kəndindəndirlər. İlkin ehtimallara görə, qəza yüksək sürət və ya yolun kəskin döngəli olması səbəbindən baş verib.
 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai” markalı avtomobilin su kanalına düşməsi nəticəsində avtomobildə olan iki nəfər – Laçın rayon sakinləri Rasim Yaqub oğlu Nəsibov və Paket Kamran qızı Nəsibova hadisə yerində həyatını itirib.


Qəza zamanı daha dörd nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Chosen
35
22
bizim.media

10Sources