Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lav sosial şəbəkə hesabında karyerasını bitirdiyini elan edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkürünü bildirərək yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
2004-2007-ci illərdə Braziliya millisinin heyətində 20 oyun keçirən Lav daha çox Miskva MOİK-indəki parlaq performansı ilə yadda qalıb.
O, Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarında da top qovub.
Lav 2 dəfə Amerika Kubokunun, 1 dəfə UEFA Kubokunun, 3 dəfə Rusiya çempionatının, 1 dəfə Braziliya A Seriyasının qalibi olub.
Toğrul