Braziliya yığmasının sabiq hücumçusu, Vaqner Lav 41 yaşında karyerasını başa vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat idmançının sosial şəbəkə hesabında yer alıb.
Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib.
2004-2007-ci illərdə Braziliya millisinin heyətində 20 oyun keçirən Lav xüsusilə Rusiyanın MOİK klubunun tarixində ən yaxşı legionerlərdən biri hesab olunur.
Hücumçu həmçinin Türkiyənin “Alanyaspor” və “Beşiktaş” komandalarında da çıxış edib.
Qeyd edək ki, futbolçu karyerası boyunca 2 dəfə Amerika Kuboku , 1 UEFA Kuboku, 4 Rusiya çempionluğu yaşayıb, 1 dəfə Braziliya A Seriyasının qalibi olub. /”Report”