Braziliya yığmasının sabiq hücumçusu, Vaqner Lav 41 yaşında karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib.
2004-2007-ci illərdə Braziliya millisinin heyətində 20 oyun keçirən Lav Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarında da çıxış edib.
Qeyd edək ki, futbolçu karyerası boyunca 2 dəfə Amerika Kuboku , 1 UEFA Kuboku, 4 Rusiya çempionluğu yaşayıb, 1 dəfə Braziliya A Seriyasının qalibi olub.
Niderland millisində ciddi itki
Vaqner Lav karyerasını başa vurdu
UEFA-dan rədd cavabı
Türkiyə millisində ciddi itki
FIFA Türkiyə klubunu növbəti dəfə CƏZALANDIRIB