EN

Azərbaycan alüminium ixracından gəlirini artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 42 milyon ABŞdolları dəyərində 12,9 min ton alüminium və ondan hazırlananməmulatlar ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracıötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 milyonABŞ dolları və ya 37,4%, həcm baxımından isə 2,5 min ton və yaxud24% artıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlananməmulatların ümumi ixracda xüsusi çəkisi 1,15%, qeyri-neft sektoruüzrə xüsusi çəkisi isə 7,24% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana24,028 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlananməmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstəriciilə müqayisədə dəyər ifadəsində 5,6 milyon ABŞ dolları və ya 18,9%azalma deməkdir.

Hesabat dövründə idxal olunan alüminium və ondan hazırlananməmulatların ümumi idxalda xüsusi çəkisi 0,92%-ə bərabər olub.

Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min tonalüminium məmulatları istehsal edilib. Bu isə əvvəlki ilin eynidövrü ilə müqayisədə 2,7 min ton və ya 30,4% çoxdur.

Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrininanbarlarında hazır alüminium məmulatları ehtiyatı 3 729 ton təşkiledib.

Məqalədə:
Chosen
56
1
az.trend.az

2Sources