AZ

Alüminium ixracından gəlirlər artırıb

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 milyon ABŞ dolları və ya 37,4%, həcm baxımından isə 2,5 min ton və yaxud 24% artıb. Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 1,15%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 7,24% təşkil edib. Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 24,028 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 5,6 milyon ABŞ dolları və ya 18,9% azalma deməkdir. Hesabat dövründə idxal olunan alüminium və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 0,92%-ə bərabər olub. Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min ton alüminium məmulatları istehsal edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 min ton və ya 30,4% çoxdur. Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3 729 ton təşkil edib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
azvision.az

2Mənbələr