EN

Pezeşkiandan şok etiraf – "Pəhləvi dövründə bir maaşa Honda alırdım, indi professoram, ala bilmirəm"

İran Prezidenti Məsud Pezeşkiyan ölkənin hazırkı iqtisadi vəziyyətini Pəhləvi sülaləsinin hakimiyyəti dövrü ilə müqayisə edərək, rialın dəyərdən düşməsi və xalqın alıcılıq qabiliyyətinin kəskin azalması barədə sensasion fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Pezeşkiyan öz müsahibəsində inqilabdan əvvəlki dövrü xatırladaraq, o zaman türklərin (Türkiyə vətəndaşlarının) İrana gələndə ölkənin yollarına və infrastrukturuna həsəd apardıqlarını etiraf edib.

Prezidentin açıqlamasında diqqət çəkən əsas məqamlar:

İnfrastruktur müqayisəsi: "İnqilabdan əvvəl türklər bizim yollarımıza həsəd aparırdılar. İndi isə onlar 100 kilometrlik məsafədə 70-80 tunel tikirlər, biz isə cəmi dörd tunel tikməyimizlə fəxr edirik", – deyə Pezeşkiyan ölkəsinin inkişaf tempinin geridə qaldığını vurğulayıb.

Maaş və alıcılıq qabiliyyəti: Pezeşkiyan Pəhləvi dövründə Zahidanda əsgərlik çəkdiyi vaxtları xatırladaraq deyib: "O vaxt ayda 1,8 min tumən maaş alırdım. Bir "Honda" motosikleti isə 1250 tumən idi. İndi mən tibb professoru, kardiocərrah və prezidentəm, amma üç aylıq maaşımla belə bir "Honda" ala bilmirəm".

 Sosial şəbəkələrdə və siyasi dairələrdə Pezeşkiyanın bu sözləri onun "gizli Pəhləvi pərəstişkarı" olması kimi yozulmağa başlanıb. Analitiklər hesab edirlər ki, prezidentin bu qədər açıq şəkildə şah dövrünün iqtisadi üstünlüklərindən danışması ölkədəki hiperinflyasiya və iqtisadi çöküşün etirafıdır.

Bu bəyanatlar xüsusilə İranda davam edən "Şir nəriltisi" əməliyyatı və daxili etirazların fonunda rejim daxilində ciddi narahatlıq yaradıb. Pezeşkiyanın öz keçmişi ilə hazırkı statusu arasındakı iqtisadi uçurumu nümunə gətirməsi, İslam Respublikasının son 45 ildəki iqtisadi siyasətinin iflası kimi qiymətləndirilir.

Musavat.com

Chosen
77
5
musavat.com

10Sources