AZ

Pəhləvi ABŞ və İsrailə səsləndi: Rejimi vurun, lakin…

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ və İsraili İran hakimiyyətinə qarşı hücumları davam etdirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Rejimi və onun repressiya aparatını hədəf almağa davam edin, lakin İran xalqının ölkəni yenidən qurmaq üçün ehtiyac duyacağı mülki infrastruktura zərər verməyin”, – Pəhləvi bildirib.

O vurğulayıb ki, İranın mülki infrastrukturu ölkə xalqına və azad İranın gələcəyinə məxsusdur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran Hörmüz boğazını açmayacağı təqdirdə ölkənin enerji obyektlərini tamamilə məhv edəcəyi ilə hədələyib.

İran Prezidenti Məsud Pezeşkian isə Trampın açıqlamalarına cavab olaraq bildirib ki, “döyüş meydanında səsləndirilən sayıqlama təhdidlər əks effekt verir”. Onun sözlərinə görə, bu cür bəyanatlar İran daxilində birliyi gücləndirir və ABŞ Prezidentinin çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
4
globalinfo.az

5Mənbələr