EN

Biz hələ də Arsenal ın və ya əvvəlki Siti nin səviyyəsində deyilik, amma... Xosep Qvardiola

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünən İngiltərə Liqa Kubokunun finalında "Arsenal"ı 2:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Bu turnirin qalibi olmaq önəmlidir. Son iki həftədəki gərginlikdən sonra qələbə çox vacib idi.

İlk 15 dəqiqədə onlar bizi sıxırdılar,  nəfəs almaq çətin idi. Ardından birəbir mübarizələrdən qalib ayrılmağa və daha yaxşı hərəkət etməyə başladıq. 

Nəticədən və oyunumuzdan məmnunam, çünki Mikel Arteta demək olar ki, keçilməz komanda qurub. On ildə beşinci Liqa Kuboku pis göstərici deyil. Hər qələbədən sonra bu titulu qazanmaq bir qədər də çətinləşir.

Biz hələ də "Arsenal"ın və ya əvvəlki "Siti"nin səviyyəsində deyilik, amma həmişə titullar əldə etməyin yolunu tapmışıq".

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
18
fanat.az

10Sources