“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Liqa Kubokunun finalında “Arsenal” üzərində 2:0 hesablı qələbədən sonra emosional anlar yaşayıb.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra mütəxəssisin stadionda qızı Mariyanı qucaqlayaraq qələbəni qeyd etməsi azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu qələbə həm də Qvardiolanın meydandan kənarda yaşadığı çətin günlərə təsadüf edir. Ötən il 10 illik həyat yoldaşı Kristina Serradan ayrılan Qvardiola ailəvi keçid dövrünü titullar uğrunda mübarizə ilə paralel aparmalı olub.
Xatırladaq ki, finalda Niko O'Reillinin dublu ilə qalib gələn “şəhərlilər” kuboku qazanıb. Bu nəticə ilə Qvardiola turnir tarixində ən çox titul qazanan baş məşqçi olub. İspaniyalı mütəxəssis mövsümün sonuna qədər Premyer Liqa və İngiltərə Kubokunu da qazanmağı hədəfləyir.