EN

Azərbaycan cüdoçuları beynəlxaq turnirdə komanda hesabında birinci oldu (FOTO)

Bakı. Trend:

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq "Masters"Turnirinə yekun vurulub.

Trend-inAzərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə,yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gəncoğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib.Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turnirikomanda hesabında birinci pillədə başa vurub.

Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və RamazanƏhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medalasahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev(-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldəediblər.

Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edənyeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
91
3
az.trend.az

8Sources