AZ

Azərbaycan cüdoçuları birinci oldu FOTO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq "Masters" Turnirinə yekun vurulub.

Milli.Az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib. Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.

Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medala sahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81 kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev (-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə ediblər.

Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edən yeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8 bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.Milli.Az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
3
news.milli.az

8Mənbələr