AZ

Azərbaycan cüdoçuları Bremendə tarix yazıb - FOTO

Almaniyanın Bremen şəhərində cüdo üzrə keçirilən ənənəvi Beynəlxalq Masters Turniri Azərbaycan yığmasının mütləq qələbəsi ilə yekunlaşıb. Yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət millimiz möhtəşəm çıxış edərək turniri zirvədə tamamlayıb.

İdman.Biz xəbər verir ki, gənclərimiz bu mötəbər turnirdə üç qızıl, iki gümüş və yeddi bürünc medal qazanaraq komanda hesabında birinci pilləyə yüksəliblər. Heyətdə Cəsur İbadlı (81 kq), Süleyman Şükürov (90 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yuxarı pilləsinə qalxıblar. Ayxan Mirzəzadə (60 kq) ilə Əli Qazıməmmədov (90 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (73 kq), Mehdi Abbasov (81 kq), Roman Qarayev (81 kq), Davud Namazlı (100 kq), Vidad Əliyev (100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə ediblər.

Qeyd edək ki, turnirin ilk günlərində U-18 yaş kateqoriyasında çıxış edən yeniyetmə oğlanlardan ibarət millimiz də dörd qızıl, üç gümüş və səkkiz bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.

İdman.Biz
Seçilən
94
3
idman.biz

8Mənbələr