EN

Səudiyyə Ərəbistanı beş İran diplomatını ölkədən çıxardı

Səudiyyə Ərəbistanı hakimiyyəti, hərbi attaşe də daxil olmaqla, İran diplomatik korpusunun beş üzvünü arzuolunmaz şəxs kimi tanımaqla görünməmiş bir addım atıb.

Publika.az xəbər verir ki, bu barədə "Əş-Şərq" televiziyası məlumat yayıb.

Mövcud məlumata görə, İran diplomatik missiyasının siyahıda adı çəkilən bütün üzvlərinə krallığı tərk etmək üçün 24 saat vaxt verilib. Ölkəni tərk etmək əmri verilənlərin siyahısında hərbi attaşe və onun müavini də var.

Səudiyyə Ərəbistanı tərəfi hələlik bu qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Chosen
128
3
publika.az

4Sources