AZ

Səudiyyə Ərəbistanı İran diplomatlarını ölkədən çıxarır

BAKI, 22 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı krallıqda fəaliyyət göstərən İran diplomatik missiyasının beş əməkdaşını, o cümlədən hərbi attaşeni arzuolunmaz şəxs elan edib və onlara ölkəni tərk etmək üçün 24 saat vaxt verilib.

Teleqraf xəbər verir ki, bu barədə "Ash-Sharq" telekanalı məlumat yayıb.

Məlumata görə, Səudiyyə hakimiyyəti İranın krallıqdakı diplomatik missiyasının beş əməkdaşına ölkəni yaxın 24 saat ərzində tərk etməli olduqlarını bildirib. Qeyd olunur ki, persona non qrata elan edilən şəxslər arasında İranın hərbi attaşesi və onun köməkçisi də var.

Telekanalın məlumatında bu qərarın səbəbi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Seçilən
37
teleqraf.com

1Mənbələr