Dünya Xoşbəxtlik Hesabatına görə, Azərbaycan dünyanın 147 ən xoşbəxt ölkəsi arasında 102-ci-ci yeri tutur. Finlandiya yenidən ən xoşbəxt, Əfqanıstan isə ən bədbəxt ölkə seçilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dünya Xoşbəxtlik Hesabatı hər il 20 martda qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günündə dərc olunur. Hesabat Oksford Universitetinin Rifah Tədqiqat Mərkəzi tərəfindən Gellap İnstitutu və BMT ilə əməkdaşlıqda, həyat keyfiyyəti ilə bağlı əhali sorğularına əsasən hazırlanır.
Tədqiqat 140 ölkə və ərazidən təxminən 100.000 insanın cavablarına əsaslanır. Respondentlərdən həyat məmnuniyyətlərini Cantril Ladder (on pilləli şkala, 10 ən yaxşı həyatı, 0 isə ən pisi təmsil edir) istifadə edərək qiymətləndirmələri xahiş olunur.
Bundan əlavə, müəlliflər adambaşına düşən ÜDM, azadlıq səviyyəsi, korrupsiyaya dair qavrayışlar və ömür uzunluğu kimi amilləri də nəzərə alırlar.
Yeni hesabat sosial media və rəqəmsal texnologiyaların, xüsusən də gənclər arasında rifaha təsirinə diqqət yetirir.
MDB ölkələrindən yalnız Qazaxıstan yenidən ilk 50-liyə daxil olub. Özbəkistan 53-cü, Qırğızıstan 66-cı, Moldova 77-ci, Rusiya 79-cu, Tacikistan 88-ci, Ermənistan 89-cu və Azərbaycan 102-ci yerdə qərarlaşıb.
Finlandiya doqquzuncu dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib. Onu İslandiya (2-ci), Danimarka (3-cü), Kosta Rika (4-cü) və İsveç (5-ci) izləyir. Norveç (6-cı), Niderland (7-ci), İsrail (8-ci), Lüksemburq (9-cu) və İsveçrə (10-cu) də ilk onluğa daxil olub.
Əfqanıstan dünyanın ən bədbəxt ölkəsi olaraq qalır (147-ci). Botsvana (143-cü), Zimbabve (144-cü), Malavi (145-ci) və Syerra-Leone (146-cı) da sonuncu yerdədir.
Qərbin sənayeləşmiş ölkələrinin əksəriyyəti 2005-2010-cu illərdə olduğundan daha az xoşbəxtdir: onlardan 15-də xoşbəxtlik əhəmiyyətli dərəcədə azalıb, dörd ölkədə isə əhəmiyyətli artım müşahidə olunub.
Hesabatı mübahisəli saymaq mümkündür. Gerçəkdən də qazaxlar və özbəkləri son illərdəki performanslarına görə çıxsaq, taciklər, qırğızlar, moldovanlar bizimlə müqayisədə çoxmu xoşbəxtdirlər?
Musavat.com