Finlandiya ardıcıl doqquzuncu ildir ki, dünyanın ən xoşbəxt ölkəsi kimi tanınır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu qiymətləndirmə 2025-ci il üçün illik Dünya Xoşbəxtlik Hesabatında yer alır. Hesabat BMT tərəfindən sifariş edilib və bir qrup ekspert tərəfindən dərc olunub.
Finlandiyadan sonra sırada İslandiya və Danimarka gələrək ilk üçlüyə daxil olub. Rusiya hesabatda 79-cu yerdə qərarlaşıb. ABŞ 2024-cü illə müqayisədə hesabatda bir pillə irəliləyərək 23-cü, Ukrayna isə ötən ilki kimi 111-ci yerdə qalıb. Əfqanıstan 147 ölkənin siyahısında sonuncu yerdə qərarlaşıb.
Süleyman