EN

Xalq Bankdan Novruza özəl endirim təklifi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xalq Bank Novruz bayramı münasibətilə təqdim etdiyi kampaniya ilə premium kartları endirimli şərtlərlə əldə etmək imkanı yaradır.

Globalinfo.az xəbər verir ki, müştərilər 20 mart-31 mart tarixlərdə Xalq Bankın Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya ilkin mədaxilə 50% endirimlə əldə edə bilərlər.

Premium seqmentə aid bu kartlar dünyanın istənilən nöqtəsində səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi xidmətlər də aiddir.

Endirimdən yararlanmaq üçün müştərilər MC Black Edition və Visa Infinite kartlarını https://cardorder.xalqbank.az/?card=9 keçid edərək onlayn sifariş edə bilərlər. Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.

Xalq Bank xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayır!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
6
globalinfo.az

10Sources