Yeni mənzil alarkən insanı ən çox düşündürən məsələ keyfiyyətdir. Çünki bu seçim illərlə yaşayacağın mühiti müəyyən edir. “Kristal”ın “City Garden Narimanov” layihəsi bu detallara xüsusi önəm verən layihələrdəndir.
Şəhərin tələb görən ərazilərindən birində, “N.Nərimanov” metro stansiyasından cəmi 5 dəqiqəlik məsafədə yerləşən bu meqa yaşayış kompleksi təqdim etdiyi həyat keyfiyyəti ilə seçilir. 17,4 hektar geniş və yaşıllıqla əhatə olunmuş ərazidə inşa edilən layihədə 59,65 m²-dən 169,74 m²-dək, 2, 3, 4 otaq və studiya mənzillər təklif olunur. Mənzillər həm tikintisi davam edən, həm də təhvilə yaxın mərhələlərdə seçim imkanı yaradır.

Layihənin əsas üstünlüklərindən biri mənzillərin premium təmirli şəkildə təhvil verilməsidir. Təmirdə istifadə olunan Almaniya istehsalı “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, “GROHE” hamam aksesuarları və “Infinity” keramoqranitləri sakinlərə həm estetik görünüş, həm də uzunömürlü istifadə təmin edir. Bu detallar mənzilin sadəcə “təmirli” yox, həqiqətən premium səviyyədə olmasını təmin edir.
