EN

Bu gün “Qarabağ”ın oyunu var

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.


Manset.az-ın məlumatına görə, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə "Neftçi" "İmişli"ni qəbul edəcək. Matç "Palm Sports Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla 6-cıdır. Bölgə təmsilçisi 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, "Kəpəz" və "Qarabağ" komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, "Neftçi" – "İmişli" qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada, favorit komandalar sonuncu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Misli Premyer Liqası

III dövrə, XXV tur

20 mart

15:00. "Kəpəz" – "Qarabağ" 

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Yevlax şəhər stadionu

19:15. "Neftçi" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Palms Sports Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0)? "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Chosen
54
8
manset.az

9Sources