AZ

Bu gün "Qarabağ" və "Neftçi"nin oyunları var

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

"Unikal" xəbər verir ki, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə "Neftçi" "İmişli"ni qəbul edəcək. Matç "Palm Sports Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla 6-cıdır. Bölgə təmsilçisi 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, "Kəpəz" və "Qarabağ" komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, "Neftçi" – "İmişli" qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada, favorit komandalar sonuncu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Misli Premyer Liqası

III dövrə, XXV tur

20 mart

15:00. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Yevlax şəhər stadionu

19:15. "Neftçi" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Palms Sports Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Seçilən
85
8
unikal.az

9Mənbələr