EN

Gürcüstan və Rumıniyanın boks yığmaları Bakıya gələcək

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 mart, AZƏRTAC

Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək idmançı qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Böyük İpək Yolu” yarışı aprelin 2-7-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
10
azertag.az

10Sources