AZ

Bu ölkələrin boks yığmaları Bakıda hazırlıq keçəcək

Yazını böyüt
Yazını kiçilt

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Hafta.az xəbər verir ki, Boks Federasiyasının məlumatına görə, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək idmançı qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Böyük İpək Yolu” yarışı aprelin 2-7-də keçiriləcək.

Seçilən
34
10
hafta.az

10Mənbələr