AZ

Bakıda beynəlxalq təlim-məşq toplanışı keçiriləcək

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, toplanışda millimizlə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə bir gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

“Böyük İpək Yolu” yarışı aprelin 2-7-də baş tutacaq.

Seçilən
32
10
football-plus.az

10Mənbələr