EN

Bir sual, bir cavab: Novruz xatirələri – Eyyub Yaqubov VİDEO

Bakı, 19 mart, AZƏRTAC

Novruz - baharın, yeniliyin və birlik ruhunun bayramıdır. Hər birimizin bu möhtəşəm bayramla bağlı unudulmaz xatirələri var. Bəs, tanınmış simaların yaddaşında Novruz necə qalıb?

Sevilən və tanınmış şəxslər AZƏRTAC-ın “Bir sual, bir cavab” layihəsi çərçivəsində Novruzla bağlı ən yaddaqalan anlarını bizimlə bölüşüblər. Səmimi və maraqlı xatirələr işığında bu bayramın sevinc dolu anlarını yenidən yaşayacağıq.

Layihəmizin növbəti qonağı Xalq artisti Eyyub Yaqubovdur.

AZƏRTAC videonu təqdim edir.

 
Müxbir – Fidan Əlizadə
Videooperator – Namiq Abdullayev
Chosen
71
17
azertag.az

10Sources