Bakı, 19 mart, AZƏRTAC
Novruz - baharın, yeniliyin və birlik ruhunun bayramıdır. Hər birimizin bu möhtəşəm bayramla bağlı unudulmaz xatirələri var. Bəs, tanınmış simaların yaddaşında Novruz necə qalıb?
Sevilən və tanınmış şəxslər AZƏRTAC-ın “Bir sual, bir cavab” layihəsi çərçivəsində Novruzla bağlı ən yaddaqalan anlarını bizimlə bölüşüblər. Səmimi və maraqlı xatirələr işığında bu bayramın sevinc dolu anlarını yenidən yaşayacağıq.
Layihəmizin növbəti qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
AZƏRTAC videonu təqdim edir.
Müxbir – Gülay Nəzərova
Fotoqraf – İlqar Cəfərov
Videooperator – İlham Nadirov