Daha yeddi vaqon taxılın Azərbaycan üzərindən Ermənistana daşınması planlaşdırılır.
Oxuməni.az “Trend”in məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının ərazisindən Ermənistan Respublikasına ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilir.
Xatırladaq ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərib.
2026-cı il yanvarın 9-da Ermənistana ümumilikdə 2698 ton yük (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərilib.
Yanvarın 11-də bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı, martın 5-də 1984 ton dizel yanacağı ilə 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə iki vaqon, martın 9-da Rusiya taxılı ilə 7 vaqondan ibarət yük qatarı, martın 11-də 11 vaqon tərkibində ümumi çəkisi 1023 ton (xalis – 770 ton) olan taxıl göndərilib.
Oxuməni.az