Bakı.Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbətitaxıl tədarükü həyata keçirilib.
Trend xəbərverir ki, 7 vaqondan ibarət, çəkisi 488 ton olan taxıl 19 marttarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinəgöndərilib.
Nelə ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzitkeçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrəgöndərilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizelyanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizelyanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı,martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11vaqonda taxıl göndərilib.