
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan gələn yeni hücum dalğasını dəf ediblər.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi X sosial media platformasında məlumat verib.
18 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 13 ballistik raket və 27 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib",-Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Departament həmçinin qeyd edib ki, münaqişənin başlanğıcından bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri ümumilikdə 327 ballistik raket, 15 qanadlı raket və 1699 pilotsuz uçuş aparatını məhv edib.
İlahə Qənbərli
Missiya.Az