AZ

Hava hücumundan müdafiə qüvvələri 13 raket və 27 İran PUA-sını ələ keçirib - BƏƏ Müdafiə Nazirliyi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan gələn yeni hücum dalğasını dəf ediblər.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi X sosial media platformasında məlumat verib.

18 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 13 ballistik raket və 27 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib",-Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Departament həmçinin qeyd edib ki, münaqişənin başlanğıcından bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri ümumilikdə 327 ballistik raket, 15 qanadlı raket və 1699 pilotsuz uçuş aparatını məhv edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr