EN

Ruzanna Məmmədova Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədova finalda rusiyalı Amina Tandelova ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Chosen
29
8
idmanxeber.az

10Sources