AZ

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi oldu

BAKI, 13 mart. TELEQRAF

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Teleqraf xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Rusiya təmsilçisi Amina Tandelova ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.

Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Seçilən
37
8
teleqraf.com

10Mənbələr