Misli premyer-liqasının 21 turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma 30 aprel saat 20.00-da start götürəcək.
Xatırladaq ki, sözügedən oyun "Qarabağ"ın Çempionlar Liqası oyunlarına görə Ağdam təmsilçisinin xahişi ilə təxirə salınmışdı.