Misli Premyer Liqasının 21 turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” görüşünün keçiriləcəyi vaxt müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək.

Xatırladaq ki, sözügedən oyun “Qarabağ”ın Çempionlar Liqası oyunlarına görə Ağdam klubunun xahişi ilə təxirə salınmışdı.