EN

"“Xızı-Abşeron” KES Azərbaycan-Çin tərəfdaşlığını gücləndirir"

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan–Çin əməkdaşlığı “Xızı‑Abşeron” Külək Elektrik Stansiyasının uğuru ilə daha da güclənir".

Hafta.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

Səfir bildirib ki, bu il yanvarın 8‑də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ölkədə regionun ən böyük Külək Elektrik Stansiyası olan “Xızı‑Abşeron”un açılışında iştirak etmək onun üçün xüsusi önəm daşıyıb:

“Bu mühüm layihə 300 mindən çox ailənin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq və karbon qazı emissiyalarını 400 min tondan çox azaldaraq həm Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun davamlı inkişafına əhəmiyyətli töhfə verəcək”.

Chosen
2
6
hafta.az

7Sources