Azərbaycan–Çin əməkdaşlığı “Xızı‑Abşeron” külək stansiyasının uğuru ilə daha da güclənir.
APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.
Səfir bildirib ki, bu il yanvarın 8‑də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ölkədə regionun ən böyük külək elektrik stansiyası olan “Xızı‑Abşeron” layihəsinin açılışında iştirak etmək onun üçün xüsusi önəm daşıyıb.
“Bu mühüm layihə 300 mindən çox ailənin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq və karbon qazı emissiyalarını 400 min tondan çox azaldaraq həm Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun davamlı inkişafına əhəmiyyətli töhfə verəcəkdir”, – səfir qeyd edib.