EN

Anaklaudia Rossbax Hikmət Hacıyevlə WUF13-ə hazırlığı müzakirə edib

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) hazırlıqlar barədə xoş fikir mübadiləsi apardıq. Geri sayım mərhələsinə yaxınlaşdıqca liderliyi və dəstəyinə görə Azərbaycana minnətdarıq”.

 

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax öz “X” hesabında yazıb.

 

“WUF13-ü birlikdə davamlı urbanizasiya və qlobal dialoq üçün bir mərhələyə çevirməyi hədəfləyirik”, - o əlavə edib.

Tarix: 12 Mart 2026, 22:24   
Chosen
89
6
pravda.az

9Sources