Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbaxla görüşüb.
"Ölkə.az" xəbər verir ki, görüşdə Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) hazırlıqlar barədə fikir mübadiləsi aparılıb.
"Geri sayım mərhələsinə yaxınlaşdıqca liderliyi və dəstəyinə görə Azərbaycana minnətdarıq” - deyə, Anaklaudia Rossbax öz “X” hesabında yazıb.
“WUF13-ü birlikdə davamlı urbanizasiya və qlobal dialoq üçün bir mərhələyə çevirməyi hədəfləyirik”, - BMT təmsilçisi əlavə edib.