EN

“Revanşist qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesini riskə ata bilər” – Ədalət Verdiyev

"Ermənistan müharibədə məğlubiyyətdən sonra təhlükəsizlik sahəsində ciddi problemlərlə üzləşib. Lakin hazırkı baş nazir Nikol Paşinyanın daha səbirli və təmkinli siyasəti müəyyən nəticələr verməyə başlayıb. Bu siyasət sayəsində Ermənistan həm Azərbaycan ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə edib və sülh sazişinə müəyyən qədər yaxınlaşa bilib, həm də regionda mürəkkəb geosiyasi şərait fonunda ölkəni nisbətən daha təhlükəsiz vəziyyətdə saxlamağa çalışıb. Təbii ki, müharibədən sonrakı dövrdə Ermənistanda revanşist qüvvələrin səsi daha çox eşidilirdi və onların Paşinyana qarşı addımları diqqət çəkirdi. Lakin son aylarda Ermənistan cəmiyyətində də belə bir anlayış formalaşmağa başlayıb ki, əgər Paşinyan hakimiyyətdə qalmazsa və onu revanşist qüvvələr əvəz edərsə, o zaman Azərbaycanla əldə olunan razılaşmalar, o cümlədən paraflanmış sülh sazişi sual altına düşə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkə daxili siyasət üçün deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik balansı baxımından önəmlidir. Regionda baş verən proseslər – Azərbaycanla sülh danışıqları, sərhəd məsələləri və geosiyasi rəqabət – seçkilərə marağı artırır. Ekspertlər hesab edirlər ki, seçkilərin nəticələri Ermənistanın siyasi kursuna və hərbi-siyasi siyasətinə təsir göstərə bilər. Nikol Paşinyanın qalması və ya radikal qüvvələrin güclənməsi regionun təhlükəsizlik mühitini birbaşa təsir edə bilər. Bu səbəbdən seçkilərin nəticələri Azərbaycan–Ermənistan münasibətlərinə və Cənubi Qafqazdakı hərbi-siyasi balansın gedişatına əhəmiyyətli təsir göstərə bilər.

Ekspert qeyd edib ki, əgər Ermənistan yaxın üç ay ərzində yəni seçkilərə qədər ciddi səhvlərə yol verməz və indiki siyasətini xüsusilə Azərbaycanla sülhün təmin olunmasına yönəlmiş addımları planlı və ardıcıl şəkildə davam etdirərsə Paşinyanın yenidən seçilmə ehtimalı daha da arta bilər.

Chosen
114
50
aznews.az

10Sources